La Liqa klubunda ciddi itki
19.02.2020 , 16:55

“Selta” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Denis Suares sıradan çıxıb.
Son məşqlərin birində zədələnən futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
26 yaşlı futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.
