La Liqa klubunda ciddi itki
01.05.2025 , 11:00

“Barselona”nın müdafiəçisi Jül Kunde sıradan çıxıb.
Korner.az xəbər verir ki, o, Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçirilən görüşdə xəsarət alıb.
Zədəsi ciddi olan 26 yaşlı futbolçunun mayın 6-da “San Siro”da keçiriləcək cavab oyununu buraxacağı gözlənilir.
