La Liqa klubunda baş məşqçi istefası
26.12.2018 , 20:11

“Real Sosyedad” baş məşqçisi Asyer Qaritano ilə yolları ayırıb.
48 yaşlı mütəxəssislə 2021-ci ilin iyununda başa çatmalı olan müqavilənin müddəti vaxtından əvvəl ləğv edilib. Buna komandanın cari mövsm La Liqada uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, “Real Sosyedad” 17 turdan sonra 19 xalla 15-ci pillədə qərarlaşıb.
