La Liqa klubunda 9 illik müqavilə
03.04.2023 , 12:40

“Atletik”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Oyan Sansetlə müqaviləni uzadıb.
Bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçunun sözləşməsi 2032-ci ilin yayına qədər uzadılıb.
Sanset bu mövsüm La Liqada 25 oyuna 8 qol vurub.
