“Bakı”nı bundan sonra Milinko Pantiç çalışdıracaq.
Korner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, son olaraq “Atletiko B” klubunu çalışdıran serbiyalı mütəxəssis bir çox klubun maraq dairəsində olsa da, “Bakı” və “Atletiko” arasındakı sıx əməkdaşlıq burada
mühüm rol oynayıb.
Təcrübəli mütəxəssisin xidmətlərində “Las Palmas”, “Mursiya”, “Almeriya”, “Valyadolid” və AEK kimi klublar maraqlı idi.
Qeyd edək ki, Pantiçlə bir illik müqavilə imzalamağı nəzərdə tutan “Bakı” klubu yaxın günlərdə yeni baş məşqçisini ictimaiyyətə təqdim edəcək.