La Liqa klubu onunla müqaviləni uzatmadı
01.07.2025 , 17:30

“Vilyarreal”da ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi Erik Beyi ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçinin klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
