İspaniyanın “Eybar” klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun transfer hüququnu almağa çalışır.
Korner.az-ın məlumatına görə, futbolçunun transfer hüququ İspaniyanın digər klubu, Sequnda B-də çıxış edən “Real Mursiya”ya məxsusdu.
La Liqa təmsilçisi icarə əsasında oynatdığı Eddiyə görə qarşı tərəfə 300 min avro təklif edir. Amma “Real Mursiya” 500 min avro tələb edir.
