La Liqa klubu baş məşqçi ilə “davam” dedi
19.06.2024 , 16:00
“Valensiya” baş məşqçisi Ruben Baraxa ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti uzadılıb.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.
Ruben Baraxa 2023-cü ilin fevralında “Valensiya”nı çalışdırır.