La Liqa klubu baş məşqçisini qovdu
10.12.2018 , 15:21

Vilyarreal” baş məşqçi Xavyer Kalyexa ilə yollarını ayırıb. Bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
Kalyexanın qovulması komandanın cari mövsüm uğursuz çıxış etməsindən qaynaqlanır. Geridə qalan turda evdə “Selta”ya məğlubiyyət (2:3) rəhbərliyi radikal qərara vadar edib.
Qeyd edək ki, “Vilyarreal” 15 turdan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
