La Liqa klubu baş məşqçisini göndərdi
20.03.2023 , 17:54

“Elçe” baş məşqçi Pablo Maçini istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv La Liqada 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Maçin ötən ilin noyabr ayından “Elçe”yə başçılıq edirdi.
