La Liqa klubu baş məşqçisi ilə yolları ayırdı
12.01.2021 , 17:00

“Alaves” baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Onu Xaviyer Kabellonun əvəzləyəcəyi bildirilib.
Maçin ötən ilin avqustundan “Alaves”i çalışdırırdı.
