La Liqa klubu baş məşqçi ilə müqavilə yenilədi
06.07.2023 , 11:34

İspaniyanın “Betis” klubu baş məşqçi Manuel Pelleqrini ilə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, 69 yaşlı mütəxəssisin yeni müqaviləsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.
Pelleqrini 2020-ci ilin avqustundan “Betis”ə rəhbərlik edir.
