La Liqa dayandırıldı
12.03.2020 , 18:24

İspaniya La Liqasının oyunları dayandırılıb.
Korner.az xəbər verir ki, bu barədə yarışın saytı məlumat yayıb.
Xəbərdə növbəti 2 turun təxirə salındığı qeyd edilib.
Buna İspaniyada koronavirusun sürətlə yayılması səbəb olub.
