La Liqa klubunda yeni futbolçu
18.01.2023 , 16:56

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun müdafiəçisi Abner Vinisiusu transfer edib.
22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb. İspanlar bu transferə görə “Atletiko”ya 5 milyon avro ödəyiblər.
