İspaniyanın “Qranada” klubunda çıxış edən Dani Benites narkoman çıxıb.
Korner.az-ın məlumatına görə, ispan futbolçunun hətta kokain qəbul edərək meydana çıxdığı da müəyyənləşib.
Hadisə La Liqanın fevralın 16-da keçirilən “Qranada” – “Betis” matçında baş verib. Kokain qəbul edərək meydana çıxan futbolçu 76-cı dəqiqədə rəqib oyunçuya qarşı kobudluq etdiyindən meydandan qovulub.
Onun narkotik maddə qəbul etməsini isə Dopinqlə Mübarizə Mərkəzi müəyyənləşdirib. Belə ki, mərkəzin əməkdaşları qarşılaşmadan əvvəl gözlənilmədən stadiona gələrək bəzi futbolçulardan analizlər götürüb. Analizlərin nəticəsi isə Benitesin oyuna çıxmadan əvvəl kokain qəbul etdiyini müəyyənləşdirib.
“Qranada” rəhbərliyi olayla bağlı qısa açıqlama yayıb. Açıqlamada bildirilir ki, analizin nəticələri hələ kluba rəsmi şəkildə təqdim olunmayıb. Rəsmi yazı gəldikdən sonra isə “Udineze”dən icarəyə götürülən futbolçunun müqaviləsi dərhal pozulacaq.
