17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı dəyişib. Korner.az-ın məlumatına görə, mayın 12-də Lənkəran şəhər Mərkəzi stadionunda baş tutacaq qarşılaşma əvvəldən planlaşdırıldığından 3 saat gec start götürəcək. Belə ki, görüş nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 14:00-da başlayacaq.