Premyer Liqanın sonuncu – XXXII turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la üz-üzə gələcək “Rəvan” bu oyuna hazırlığı başa vurub.
Korner.az-ın məlumtına görə, komanda ötən gün Lənkəranda axşam saatlarında son məşqini keçirib.
Uzun yol yorğunluğunu təxminən 3-4 saatlıq istirahətlə çıxarandan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollanan komanda həm də cari mövsümün son məşqinə çıxıb. Saat 19:30-da başlayan məşq təxminən saat yarım çəkib.
Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrılıb. Ardından “kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində də işləyib