Topaz Premyer Liqasının II turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Simurq” klubu artıq hazırlıqları tamamlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün qarşılaşmanın oynanılacağı Lənkəran şəhər mərkəzi stadionunda son hazırlıqları edən “Simurq”, bir saat davam edən məşq prosesində isinmə hərəkətlərindən sonra toplu çalışmalar yerinə yetirib.
İkitərəfli oyundan və cinahlardan asmaların qapanması ilə hazırlıq tamamlanıb. Bundan sonra baş məşqçi Georgi Çixradze futbolçularına istirahət verib və komanda qarşılaşmanın artıq başlama saatını gözləyir.
“Simurq” “Xəzər Lənkəran” qarşısına itki ilə çıxacaq. Belə ki, son məşq prosesində əzələsini dartan Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək.
Qeyd edək ki, “Xəzər Lənkaran” – “Simurq” oyunun bu gün saat 20:00-da start götürəcək.
