"Xəzər Lənkəran"da vəziyyət yaxşıdı və "İnter"lə oyuna komanda yalnız qələbə qazanmaq üçün çıxır. Azarkeş sayına gəlincə isə, həftənin ilk iş günü olduğundan və qarşılaşmanın televiziya vasitəsi ilə canlı yayımlanmasına görə, azarkeş sayı bu dəfə azdı".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
"Ağ-yaşıllar"ın rəsmisi Bakesin meydana buraxacağı ilk "onbirliyin" artıq məlum olduğunu deyib:
"Xəzər Lənkəran": Toni Doblas, Skarduelli, Alvaro Silva, Elnur Allahverdiyev, Roberto Alviz, Elnur Cəfərov, Elnur Abdullayev, Dimitrios Sialmas, Rahid Əmirquliyev, Adrian Pit, Adrian Skarlatake".