İyulun 21-də "Xəzər Lənkəran"la yoxlama matçı keçirəcək "Fənərbağça" istədiyi hücumçunu transfer edib.
Korner.az-ın məlumatına görə, "sarı lacıvərdlilər" “Benfika” və Paraqvay yığmasının hücumçusu Oskar Kardosonun keçidini həll edib.
Forvardın transferi "Fənər"ə 6.2 milyon avroya başa gəlib. “Fənərbağça” 3 illik müqavilə qarşılığında paraqvaylıya ildə 2,8 milyon avro məvacib ödəyəcək.
Qeyd edək ki, bu gün “Boluspor”la yoxlama oyunundan sonra ölkəmizə gələcək “sarı bülbüllər” bazar günü gecə İstanbula qayıdacaq.
