"Lənkəran şəhər stadionu Avroliqa üçün demək olar tam hazırdır. Arenanın preslojası (jurnalistlər üçün ayrılan yer) əvvəlki yerinə köçürülür".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev deyib. Hər şeyin öz qaydasında olduğunu bildirən Hacıyev sözlərinə bu cür davam edib: "Azarkeşlərimizin rahatlığı üçün əlimizdən gələni edirik. Oturacaqlarda müvafiq dəyişikliklər olacaq. Komandamız da deməy olar tam hazırdır. Artıq rəqibimizi gözləyirik".
