“Rəvan” ölkə Kubokunun 1/4 final mərhələsinin cavab matçı üçün bu gün "Bayıl Arena”da son məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, "Bakı” ilə Topaz Premyer Liqası çərçivəsində qarşılaşan "uçan aslanlar” dünəndən kubok oyununa hazırlaşır.
Başqa sözlə, futbolçulara bu sıx qrafikdə istirahət verilməyib. "Bakı” ilə matçda oynayanlar dünən "bərpa prosesi” keçmişdisə, bu gün bütün komanda tam məşq edib. İsinmə hərəkətlərindən sonra futbolçular fiziki hazırlıq üzərində çalışıb. Məşqçilər bu yolla futbolçularda fiziki dözümlülüyü daha da artırmağı düşünür.
Məşqin ikinci hissəsi taktiki-texniki hazırlığa həsr ediliB. Qapıya zərbələr, cərimə zərbələrinin yerinə yetirilməsi, dar sahədə ani ötürmələr üzərində çalışdıqdan sonra futbolçular meydanda daha 2 dəfə dövrə vurub məşqi bitirib.
Qeyd edək ki, “Rəvan” sabah səhər tezdən Lənkərana üz tutacaq. Komanda növbəti məşqi oyunun baş tutacağı Lənkəran şəhər mərkəzi stadionunda həyata keçirəcək. Oyun isə martın 7-də baş tutacaq.