“Lənkəran” klubunda amerikalı basketbolçu
08.01.2025 , 23:30
“Lənkəran” klubu heyətini amerikalı basketbolçu Maykl Karterlə gücləndirib.
Korner.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1,98 sm boya malik müdafiəçi peşəkar karyerası ərzində 2 klubun şərəfini qoruyub.
Azərbaycan basketboluna yad sima olmayan Karter ötən il “Neftçi”nin uğurları üçün çalışıb. 27 yaşlı idmançı Bosniya və Herseqovinanın “Posuşje” klubunun da formasını geyinib.