Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça”nın futbolçusu Simon Kyer rəhbərlikdən icazə alaraq İtaliyaya yola düşüb.
Korner.az-ın məlumatına görə, danimarkalı oyunçu İtaliyada “Milan” klubunun nümayəndələri ilə görüşəcək.
Əgər şərtlər “Fənərbağça”nın leyhinə olsa, rəhbərlik yarımmüdafiəçinin “Milan”a transferinə razılıq verəcək.
Xatırladaq ki, Kyerin “sarı-lacivərtlilər”lə 2019-cu ilə qədər müqaviləsi var.
