“Yuventus”un zədəli futbolçusu Corcio Kyellinin son durumu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, italiyalı müdafiəçinin sağ ayağından zədə aldığı və 20 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Bu isə o deməkdir ki, Kyellini İtaliya A seriyasında “Napoli”, Çempionlar Liqasında “Bavariya” ilə vacib oyunları buraxacaq.
