İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu İtaliya oyunu (0:1) şərh edib.
Ulduz futbolçu italiyalı müdafiəçi Corco Kyellini ilə bir neçə dəfə mübahisə edib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Zlatan:
"Kyellinidən narazılığım olsa, xəstəxanalıq olar. Ondan inciməmişəm. Bu oyun onu göstərdi ki, İtaliya kimi komandalarla sona kimi oynamaq lazımdı. Biz bütün oyun boyu matça köklənməliyik"
