“Squadra Azzurra”nın müdafiəçisi Corcio Kyellini “DÇ-2014″də Uruqvayla görüşdə rəqib hücumçu Luis Suaresin onun çiynini dişləməsinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, futbolçu Suaresi əclaf adlandırıb.
“Suares əclafdır. O, etdiyi hərəkətin məsuliyyətindən boyun qaçırır. Çünki FİFA onun dünya çempionatında oynamasını istəyir. Əgər Suaresin sübut üçün videogörüntülərdən istifadə etməyə cəsarəti olsa, çox sevinərəm. Hakim də həmin epizodu gördü, ancaq bununla bağlı heç nə qeydə almadı”.
