“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, gürcüstanlı futbolçu Qazaxıstanın “Tobol” klubu ilə razılığa gəlib. Gürcüstan yığmasının üzvünü “Tobol”a komandanın baş məşqçisi Omari Tetradze dəvət edib.
Kvekveskiri “Qəbələ”dən də yeni müqavilə təklifi alıb. Lakin Nikanın üstünlüyü Qazaxıstan klubuna verəcəyi gözlənilir.
