Kvaratsxeliyadan uğursuz rekord
18.02.2026 , 13:08
PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında qeyri-adi uğursuzluqla yadda qalıb.
Korner.az xəbər verir ki, bu, “Monako” ilə pley-off qarşılaşmasında qeydə alınıb.
Gürcü futbolçu matç zamanı 8 zərbə endirsə də, heç birini qapıya düzgün çatdıra bilməyib, bu isə turnirin tarixində antirekord kimi qiymətləndirilir.
Xatırladaq ki, səfər oyununda PSJ 3:2 hesabı ilə qalib gəlib. Cavab görüşü fevralın 25-i Park de Prensdə baş tutacaq.