Kvaratsxeliya “Napoli”dən gedir
31.05.2024 , 10:20

“Napoli”nin ulduz oyunçusu Xviça Kvaratsxeliya klubunu tərk edəcək.
Korner.az xəbər verir ki, futbolçu PSJ-nin təklifini dəyərləndirmək fikrindədir.
22 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə razılığa gəldiyi bildirilir. Tərəflər arasında danışıqlar yekunlaşdınsan sonra keçidin baş tutacağı gözlənilir.
Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 qolun ötürməsini edib.
