Kurtua “Real”a, Kovaçiç “Çelsi”yə keçdi
09.08.2018 , 11:22

“Çelsi”nin qapıçısı Tibo Kurtuanın “Real”a keçidi baş tutub.
Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Bu keçidin qarşılığında “kral klubu” yarımmüdafiəçisi Mateo Kovaçiçi London təmsilçisinə 1 il icarəyə verib. Kurtuanın transferindən “zadəganlar” 35 milyon avro qazanıb.
Qeyd edək ki, “Çelsi” 26 yaşlı belçikalı qapıçının əvəzinə “Atletik”dən Kepa Arrisabalaqanı 80 milyon avroya transfer edib.
