Kurtua milliyə qayıdır
14.03.2025 , 22:10

Belçika millisinin UEFA Millətlər Liqasında Ukrayna ilə oyun üçün heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, “Real Madrid”in qolkiperu Tibo Kurtua da Belçika millisinin ilkin heyətində yer alıb.
Kurtua sonuncu dəfə 2023-cü ilin iyununda Avstriyaya qarşı keçirilən görüşdə Belçika formasını geyinib.
Millətlər Liqasında Belçika Ukrayna ilə martın 20-də qarşılaşacaq.
