“Çelsi”nin futbolçusu Tibo Kurtuanın komandadaki gələcəyinə aydınlıq gəlib. Belçikalı qapıçı bu barədə özü bildirib.
Onun sözlərinə görə, “Çelsi” ilə müqavilə müddəti uzadılacaq. Kurtua burada xoşbəxt olduğunu bildirib:
“Komanda ilə müaviləni müzakirə edirik. İndidən dəqiq heç nə demək olmaz. Bir-iki həftə gözləməliyik. Ancaq onu deyə bilərəm ki, razılaşmaq ehtimalımız çoxdu. “Çelsi”də xoşbəxtəm və burada hər şey məni qane edir”
