Kurtua ən yaxşı üç qapıçını açıqladı
20.11.2025 , 11:04
“Real”ın təcrübəli qapıçısı Tibo Kurtua özünə görə ən yaxşı üç qolkiperin adını açıqlayıb.
Korner.az xəbər verir ki, 33 yaşlı belçikalı qapıçı bu siyahıya öz adını salmayıb:
“Şübhəsiz ki, mən də ən yaxşılar sırasındayam. Amma hər kəsin fikri fərqlidir və bunu deməkdə tam azaddır. Mən özümü bu siyahıya daxil etmirəm. Yan Oblak bu mövsüm əla performans göstərir. Zədəli olsa belə, Alisson Bekkeri çox yüksək qiymətləndirirəm. David Rayanı da xüsusi qeyd etmək lazımdır”.
Xatırladaq ki, sloveniyalı Oblak “Atletiko”nun, braziliyalı Bekker “Liverpul”un, ispaniyalı Raya isə “Arsenal”ın şərəfini qoruyur.