Kuper Özbəkistan millisinə çağırılıb
02.08.2018 , 16:47

Özbəkistan milli komandasının yeni baş məşqçisi məlum olub
Ölkənin futbol federasiyası argentinalı baş məşqçi Ektor Kuper ilə müqavilə imzalanacağını açıqlayıb. Açıqlamada bildirilir ki, 10 namizəd arasında Ektor Kuper federasiya rəhbərlərinin diqqətini daha çox cəlb edə bilib. 62 yaşlı çalışdırıcı üçün 6 avqust tarixində mətbuat konfransı təşkil ediləcək.
Qeyd edək ki, Kuper “Real”, “Valensiya”, “İnter” kimi komandalarla yanaşı, Gürcüstan və Misir yığmalarının da baş məşqçisi olub. Misir milli yığması ilə, dünya çempionatında istənilən nəticə əldə edilmədiyi üçün, Kuper millidən göndərilib.
