Kuman “Barsa”ya ultimatum verdi: “Təzminatımı son qəpiyinə qədər alacağam!”
01.11.2021 , 17:45

Gözlənilən nəticəni vermədiyinə görə “Barselona”nın baş məşqçi postundan göndərilən Ronald Kuman təzminat məsələsində Kataloniya təmsilçisinə güzəşt etmədiyini deyib.
Korner.az-ın məlumatına görə holland çalışdırıcının təzminatı 12 milyon avro təşkil edir.
Bugünlərdə klubun prezidenti Laporta mətbuata açıqlamasında təzminatın məbləğinin yüksək olduğunu və Kumanla kompromis tapa biləcəklərini demişdi.
