İtaliya aşağı divizionun son turu çərçivəsində keçirilən “Delta Porto Tolle” – “İsşia” klublarının oyununda maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, meydan sahiblərinin qapıçısı topu qapıdan uzaqlaşdırsa da, əsən bərk külək nəticəsində heç kimə toxunmayan top öz qapılarına daxil olub. Bu qolun sayəsində “İsşia” klubu çempion olub.
