Milli çempionatlarda yaranmış fasilədən istifadə edən Albaniyanın “Kukesi” klubu bu gün yoxlama oyunu keçirib
Azərbaycanlı futbolçu Rauf Əliyevin də üzvü olduğu sözügedən kollektiv yerli “Korabi” ilə üz-üzə gəlib. Qarşılaşma “Kukesi”nin minimal hesablı məğlubiyyətiylə başa çatıb – 0:1.
Rauf da bu görüşün iştirakçısı olub. O, qarşılaşmaya start heyətdə başlayıb.
