“Qarabağ”ın sabiq futbolçusu və “Kukesi”nin idman direktoru Nderim Nedzipi Albaniya mətbuatına açıqlama verib.
Makedoniyalı mütəxəssis bu gün ÇL-in II təsnifat mərhələsində “Kukesi”nin “Qarabağ”a qarşı keçirəcəyi oyunla bağlı və “Qarabağ”a keçidini xatırlyıb:
“2011-ci ilin yanvarında Belçikanın “Lyers” klubundan “Qarabağ”a keçdim. Orada iki alban futbolçu – Ansi Aqolli və Admir Teli var idi. Orada yaxşı vaxt keçirdim. Əlbəttə, Belçika və Azərbaycan futbolunda fərq var. Bakı çox gözəl şəhərdir. “Qarabağ” Azərbaycanın ən güclü komandası kimi tanınır. Orada çoxlu dostlarım var. Azərbaycanda yaşadıqlarımı ən gözəl anlar kimi xatırlayıram”.
