“Kukesi”nin baş məşqçisi: “Səviyyə fərqi çoxdu”
01.08.2018 , 23:02

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Qarabağ”a uduzaraq (0:3), mübarizəni dayandıran Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armandu Kunqu oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Məğlubiyyətinizdə həlledici məqam nə oldu?
– “Qarabağ” uğurlu komandadır. Dürüst olsaq, komandalar arasında səviyyə fərqi çoxdu.
– Bu cür oyunla Avropa Liqasında nəyə ümid edirsiniz?
– İlk növbədə rəqibin kimliyini bilməliyik. Sabah yola çıxacağıq. Növbəti oyun üçün 5 gün vaxtımız var. Hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik.
