“Kukesi”nin Bakıya səfər proqramı
30.07.2018 , 11:13

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Kukesi” klubunun Bakıya səfər proqramı bəlli olub.
Albaniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 23:00-da yola düşəcək. “Kukesi” Tirana-İstanbul-Bakı marşrutu ilə Azərbaycana gələcək. Komanda üzvlərinin paytaxtdakı dəbdəbəli otellərdən birində məskunlaşacağı bildirilir.
Komanda avqustun 2-də Bakını tərk edəcək.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə nəticələnib.
