“Kukesi” Bakıya qapıçısını gətirməyib
01.08.2018 , 11:36

Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Qarabağ”la cavab görüşünə çıxacaq “Kukesi” Bakıya futbolçularından birini gətirə bilməyib.
Albaniya klubunun kosovolu qapıçısı Faton Malokuna Azərbaycana gəlmək üçün viza verilməyib. Onun əvəzinə gənc qolkiper Yetmir Başa Bakıya gətirlib.
“Kukesi”nin digər kosovolu futbolçuları – Donjet Şkodra və Besar Musolli isə Azərbaycana sonradan gəliblər. Şkodranın Belçika, Musolli isə həm də Albaniya vətəndaşlığı daşıyırlar.
Qeyd edək ki, Faton Malokun bu mövsüm avrokubok matçlarında qapını qorumayıb.
Sözügedən görüş bu gün 21:00-da baş tutacaq. İlk qarşılaşmada 0:0 hesablı heç-heçə qeydə alınmışdı.
