Kubokun qalibi müəyyənləşdi
09.07.2020 , 20:46

Ukrayna kubokunun qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, həlledici görüşdə Kiyev “Dinamo”su ilə “Vorskla” üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Penaltilər seriyasında daha dəqiq oynayan Kiyev klubu titulu qazanıb.
“Dinamo” tarixində 12-ci dəfə Ukrayna kubokunu qazanıb.
