Azərbaycan kubokunun 1/16 final oyunlarına hakim təyinatları açıqlanıb.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 24-də baş tutacaq kubokun daha dörd qarşılaşması aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:
24 oktyabr (çərşənbə)
“Tərəqqi” – “Ağsu”
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Rahin Heybətov, Ceyhun Haşımov
Gəncə şəhər stadionu, 15:00
“Qaradağ Lökbatan” – “Lokomotiv”
Hakimlər: Elvin Əsgərov, Elşən Məmmədov, Azad Hüseynov, Nail Nağıyev
Lökbatan olimpiya idman kompleksinin stadionu, 15:00
MOİK – “Bakılı”
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Vüsal Qənbərov, Rəşad Əhmədov
“Ədliyyə” stadionu, 15:00
“Şuşa” – “Neftçala”
Hakimlər: Fariz Yusifov, Ruslan Babayev, İsgəndər Əliyev, Anar Heydərov
Şəfa” stadionu, 4-cü meydança, 15:00
