Ölkə futbolu

Kubokun nominal meydan sahibi müəyyənləşdi

03.05.2019 , 18:32

Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün final görüşünün püşkatma mərasimi keçirildi.

PFL-in məlumatına görə, Peşəkar Futbol Liqasında reallaşan püşkatmadan sonra “Qəbələ” klubu meydan sahibi elan olundu. Püşkatmada “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “Qəbələ”ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil etdi.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 19 may tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq.

Son yazılar

Yuxarı