Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib.
Korner.az-ın PFL-in saytına istinadən məlumatına görə, “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Neftçi” klubu Azərbaycan Kubokunun final oyununda nominal ev sahibi olacaq.
Azərbaycan Kubokunun final oyunu
28 may 2013-cü il (çərşənbə axşamı)
“Neftçi” – “Xəzər Lənkəran”
T. Bəhramov adına Respublika stadionu
