Kubokda yeni mövsümə start verildi
12.10.2024 , 18:56

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümü start götürüb.
Korner.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk günündə 2 matç keçirilib. 2-ci liqa təmsilçilərindən “Şahdağ Qusar” “Kür-Araz”la qarşılaşıb. Oyunda Qusar təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Nəticədə komanda 2-ci mərhələyə yüksələrək “Araz-Naxçıvan”la qarşılaşacaq.
Günün digər oyununda isə “Şəfa” “Saatlı-Araz”la görüşüb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakı təmsilçisi növbəti mərhələdə “Difai” ilə qarşılaşacaq.
12 oktyabr
14:00. “Şahdağ Qusar” – “Kür-Araz” – 3:1
Qollar: Famil Camalov, 73, 77, Emin Quliyev, 79 – Nodar Məmmədov, 8
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev
Şamaxı OİK.
16:30. “Şəfa” – “Saatlı-Araz” – 2:0
Qollar: E.Nəsibov, 9, E.Rəhimli, 34
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev
ASK Arena.
