“Kubokda mərhələ adlamaq əlavə stimuldur”. – Tərlan Əhmədov
06.12.2018 , 21:07

“Bu gün birinci divizion klubu ilə üz-üzə gəlsək də, ilk hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. İkinci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq”.
Bu sözləri “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1 /8 final mərhələsində “Şüvəlan”la keçirilən oyundan sonra deyib.
3:0 hesablı qələbəni şərh edən çalışdırıcı kubokunda mümkün qədər irəliləməyə çalışdıqlarını bildirib: “Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib. Buna görə onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.
