Kubokda 40-cı qələbə
23.11.2022 , 11:44

“Qəbələ” Azərbaycan Kubokunda 40-cı qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, bu yubiley 1/8 final mərhələsinin “Araz Naxçıvan”la oyununa təsadüf edib.
“Qırmızı-qaralar” ev matçında 5:0 hesablı qələbə qazanıb. Bu, komandanın kubokdakı 75-ci matçına təsadüf edib.
Yarışda 2005/06 mövsümündə debüt edən “Qəbələ” 22 dəfə evdə, 17 dəfə səfərdə, 1 dəfə neytral meydanda qalib gəlib.
İlk qələbə 2005-ci il sentyabrın 14-də MOİK-lə ev matçına təsadüf edib – 2:0.
