Kubokda 2 matç keçiriləcək
31.10.2024 , 10:30

Bu gün Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin son iki oyunu keçiriləcək.
Korner.az xəbər verir ki, “İmişli” “Cəbrayıl”ı qəbul edəcək. Bu cütün qalibi 1/8 finalda “Kəpəz”lə üz-üzə gələcək.
“Qəbələ” isə “Bakı Sportinq”lə qarşılaşacaq. Bu cütün qalibi isə 1/8 finalda “Qarabağ”a rəqib olacaq..
31 oktyabr
14:00 “İmişli” – “Cəbrayıl”
Şamaxı stadionu
Baş hakim: Rövşən Rəcəbov
15:00 “Qəbələ” – “Baku Sportinq”Qəbələ şəhər Stadionu
Baş hakim Nicat İsmayıllı
